|
Sorğu |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 1 Qonaq: 1 İstifadəçi: 0
|
|
Mənim ən yaxın dostlarım..
Mənim ən yaxın dostlarım..
Kitablar...Allahın bizə verdiyi ən böyük nemətlərdən biri..Kitablar
ayrıca bir kainatlardır bəlkədə kainatda daha böyük.Başka cür desəm
kitab lar kainatin yazıya keçirilmiş formasıdır.Hər oxuyan Molla Pənah
olmaz deyerlədri mən uşaqkən tam olaraq anlamazdım ama artıq
anlayıra,hər oxuyan o oxuduğu kitabdakı ruhu tapa biləməz ona qovuşa
bilməz..hər nə qədər indiki zamanda o deyimi dəyişib “ hər oxuyan
Azərstar olmaz” ediblersede eski deyim qeder qüvvə verə bilməyiblər
nəysə.Yaşadığımız bu dünyada heyifki kitaba verilen deyer çoc
zeifidir..ama səbəb bilsiz nədir?Kitablar müxtəlifdir bəzisi var
bədəndən içəri girə bilməz..bəziləri ruhumuza işlər..oxunduğunuzda
sətirlər üzərində axıb gedən yazılarada be dünyadan uzaqlaşar başka bir
dünyaya yol açarıq,sonra yazı da yox olar yazıya baxan
gözlərdə..Kitablar vardır oxunmaz sadəcə vərəqlənər..kitablar var
sadəcə içindəki bəzi bölümləri oxunur,kitablarda varki hər cümləsi
təkrar təkrar oxunulur..Kitab oxumaq doğrudanda cəsarət istəyir..Çünki
kitab sanki bir kainat kimi gələr meydan oxuyar ,bəzən gələr ana kimi
sarar qoynunda ,bəzənsə ağlımızı başımızdan alar .Ama yaxşı oxumağa
dəyər bir kitab oxuyucusunun qəlbinə ağlına yol tapar onun dünyasına
müsbət dərəcədə təsir edər,və onun həyatdakı məqamını
yüksəldər..Bəziləri kitab oxumanın nə demək olduğunu belə bilmir..kitab
oxumaq nə yalanlamaq nə rədd etmək ,nə nəyisə qəbul etməək,nəyisə inkar
etmək,nəyəsə inanmaq,nə susmaq nə danişmaq deyildir..kitab oxumaq
müqayisə etmək düşünmək üçündür.Güclü bir kitabın qarşısında güclü bir
şəxsiyyət kimi dayanmalıyıq.. Ama təəssüf olsunki gənc nəsil
kitablara sanki NİFRƏT edir..elədə olmalıdı çünki bir millətinki
paytaxtında hər 400.000 nəfərə 1 kitabxana düşür onlarında yarısı
əcnəbinin dilində..gənc yazıq nə etsin axı???Bir çoxlarıysa kitab
oxurkən sıxıldığını deyir...ama onları anlaya bilmirəm,çünki mənim
həyatda ən yadda qalan günlərim qışın soyuğunda gecələri hər kəs
yatarkən çöldəki tufanın ahəngdar səsiylə sobanın kənarında isti
çayımla bərabər kitablarımla keçirdiyim günlər olub..hələdə o kitabın
üstündə yuxuya getmək necədə böyük keyifdir bir bilsəz))ama nədənsə bu
qürbət eldə tufanda olsa sobada olsa çayda olsa qışda olsa o ləzzəti
ala bilmirəm((( Bəziləri deyir mən kitab oxumuram həyat mənimçün
kitabdı insanlarla ünsiyyət mənə bəsdi.Düzdü insanlarda olub
kitablardan öyrənəməyəcəyimiz çox şey var ama eyni zamanda kitablarda
olubda insanlardan oyrenemeyeceymiz çox şey var.və ən
əsassıysakitablarin insanlardan fərqi kitablar cansızdır..və bir
insanla ünsiyətdəykən ondan çəkinə bilərik ona hirslənə bilərik vəya
qürurlanaraq nəyiysə etməyə bilərik ama kitablar cansızdır... nə ona
qarşı qürurlanarıq nə çəkinərik nədə başka nəsə..Kitab alarkən Ən çox
satılanlarıda almaq düz deyil çünki o çox satanlar heçdə ən çox
oxunanalar deyil..ona görə kitab oxuyanda bilboardları yox dost
məsləhətlərinə fikir verin..nədə kitab oxumağı əsla moda vəya tutqunluq
etmək doğru deyil.Həyat bir yerə sığınaraq kitab oxumaqla tükənəcək bir
şey deyil..Kitab oxumaq çox şeydir ama hər şey deyildir.Onsuzda kitab
oxuyan insan hər şeyi bir tərəfə qoyaq,o oxuduqlarıana əməl etmək çün
dünyaya addım atmalıdır..Hər şey kitablarda olmur..Oxumağın çox növü
var...Bədən dili oxumaq..üz mimikləri oxumaq..memari baxışla etrfaı
oxumaq..təbiəti oxumaq..və bu oxumalar içində ən asandıda elə kitab
oxumaqdır eləysə bu gündən etibarən başlayın..və kitab oxuma dərəcənizi
ən üsr səviyyəyə qaldırın..Çünki ən üst səviyyədə bizi gözləyən oxumağı
sözün əsl mənasında hakk edən bir kitab var oda ...”Quran”... P.S- Yaxşı hər şey bir tərəfə kim Romantik bir məhəbbət kitabına yox deyər?))
|
Yazar: Xancan Kərimov | Əlavə edən: NEON (2008-10-14)
| Müəllif: Xancan Kerimov
|
Baxış sayı: 480
| Reytinq: 0.0/0 |
|
| |