![](//s101.ucoz.net/t/977/1.gif) |
Sorğu |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
![](/stat/1739225748)
Cəmi online: 1 Qonaq: 1 İstifadəçi: 0
|
|
Kapitalizmə Fatihə?
Kapitalizmə Fatihə? Əslində
uzun müddətdir gözlədiyim mənimçün sevindirici ama insanlıq və Amerika
adına çox pis bir xəbər gəld: ABŞ-ın ən böyük banklarından biri olan
Lehman Brothers battı,Bütün beynelxalq bazarlar çaxnaşmaya düşüb,ABŞ və
Avropada birjalarda eniş başlayıb,Bəziləri bu sarsıntıya “Yüzilin
böhranı” adını verib.Bu sarsıntıta 1929 ilin Dünya Böhranına bənzəyir
əslində.Və əslində bu böhran bir çox Marksistin çoxdandır gözlədiyi
Kapitalizmin sonunu gətirə biləcək böhran sayılır.Düzdü ABŞ çox dərin
böhrandadır və dünya iqtisadiyyatı bundan ağır yaralar alır hər nə
qədər Azərbaycana çox da təsir etməsədə avropa birjalarına təəsiri çox
böyükür.Ama batan bazarlara baxaraq Kapitalizmə fatihə oxumaq təəssüfki
hələ çox tezdir,yoxsa elə bir hal olsaydı bu işi sevərək
edərdim))...Kapitalizm hər səfərində ağır böhranlar yaşayıb ama hər
səfərində cıxış yolu tapıb..Kapitalizmin tarixi qara səhfələrlə doludur
ama o səhfələrin hamısı ağardılıb sonrada.. Bu olanların əsl
səbəbkarı kimdir??Lehman Brothers ve diger boyuk şirkətlərin batmasına
səbəb?Neçə gündür bütün gazet və TV lərdə facianı səbəbkarları ilə
bağlı müxtəlif şərhlər səslənir..CEO-lar,Bush idareciliyi,Nəzarət
qürumları və.s Ama məncə kankret olaraq hər hansısa kəs vəya qürum belə
böyük bir böhranın tək səbəbkarı ola bilməz,mərkəz bankların
hökümətlərin sözdə iqtisadiyyatı canlandırma məqsədli birjalara
təsirinə icazə verilməs qısası müasir mali sistemdir səbəbkar,və mövcud
olan böhranı anlamaqçün qapı qapı düşübdə günahkar axtarmaqdansa
böhranın dərinliklərinə dalmaq lazımdı,iqtisadiyyat oxuyan üzlərdən
xaiş edərdimki böhranın mortgage(girov),ipotekayla bağlı cəhətlərinə
aydınlıq gətirərdilər yəni bunla əlaqəsi tam olaraq nəədir? Xancan Kərimov 22Eylül 2:17PM
|
Yazar: Xancan Kərimov | Əlavə edən: NEON (2008-10-14)
| Müəllif: Xancan Kerimov
|
Baxış sayı: 473
| Reytinq: 0.0/0 |
|
| ![](//s101.ucoz.net/t/977/15.gif) |