Mənasız bir ömür yaşayırdım mən, Yaxşı ki sən gəldin mənim ömrümə. Bağlandım mən sənə, sevdim səni mən, Yaxşı ki sən gəldin mənim ömrümə. * * * Sanki bir ölüydüm, məni diriltdin, Mənasız ömrümə məna gətirdin, Sevgi nə deməkdir mənə öyrətdin, Yaxşı ki sən gəldin mənim ömrümə. * * * Əlindən tutanda həyəcanlandım, Gözünə baxanda alışıb yandım, Canımsan deməkdən heç yorulmadım. Yaxşı ki sən gəldin mənim ömrümə. * * * Sevgimi etiraf eləyirəm mən, Sənsiz bu həyatı yaşamaram mən, Heç vaxt başqasına yar demərəm mən, Yaxşı ki sən gəldin mənim ömrümə. * * * Səncə yetərmi mənə min ömür sənsiz? Min ömrüm kül olar odsuz, tüstüsüz. Bülbül yaşayarmı çəmənsiz, gülsüz? Yaxşı ki sən gəldin mənim ömrümə. * * * Əlim çatmayır ki, tutum əlindən, Sənsiz bil heç nədir bu həyat mənə. Sevincdən süzülür yaşlar gözümdən, Yaxşı ki sən gəldin mənim ömrümə. * * * Yetərin sevgiyə ehtiyacı yox, Bil ki sən yetərsən onun ömrünə, Həyat vermisən sən, bil əvəzi yox, Yaxşı ki sən gəldin mənim ömrümə. Şeirə münasibətiniz necədir?
Source: http://qeribler.com/yeter/seir |