«Ermənistan Rusiyanın kənizinə çevrilib». ANS PRESS-in məlumatına görə, bunu İrəvanda «Milli müqəddərat» birliyinin rəhbəri Paruyr Ayrikyan deyib. Rusiya-Ermənistan münasibətlərindən danışhan siyasətçi bildirib ki, dövlətlərarası münasibətlər ya maraqlara, ya da dəyərlərn sisteminə saslanmalıdır. «Rusiya ilə əməkdaşlıq heç bir dəyrələr sisteminə əsaslanmır» deyən Paruyr Ayrikyanın fikrincə, maraqlara söykənən münasibətlər heç də həmişə dövlətin maraqlarını güdmür və adətən şəxsi maraqlara xidmət edir. Onun sözlərinə görə, Ermənistanı Rusiya imperializminin oyununda oynamağa məcbur edirlər. Çünki Rusiyaya güclü Ermənistan lazım deyil. «Rusiya 100 milyon dollar qarşılığında milli sərvətlərimizin 80 faizini alıb» deyən Paruyr Ayrikyan borcun silinməsi müqabilində bir sıra iri müəssisələrin Rusiyaya verilməsi ilə bağlı sövdələşməni xatırladıb. Müxalifətçi bəyan edib ki, Ermənistan hakimiyyətinin yuxarı pillələrində çoxlu sayda Rusiya xəfiyyəsi var və onlar Ermənistanın Avropa ilə dostluq əlaqələri qurmasına mane olurlar. O da bildirilib ki, rəsmi statistikaya görə hər gün Rusiyada 3 erməni öldürülür: «Biz Rusiyanın kənizinə çevrilmişik. Bu, köləlikdən də pisdir. Orada erməniləri öldürürlər, biz isə rusları tərifləyirik, rusca danışırıq. Bizdə mənlik çatışmır. Amma bunun günahı bizdə yox, xəfiyyə şəbəkəsindədir».
|