Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 15.59MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2009 » Fevral » 17 » Qanunlarını şeytan oğurlayan məmləkət:
Qanunlarını şeytan oğurlayan məmləkət:
21.32

Elə düşünməyin ki, burda yaşayan azərbaycanlıların roblemlərini öyrənməyə, milli diasporun toplum kimi fəaliyyət göstərməsinə yardım etməyə, həmvətənlərimizin problemlərini həll etmək üçün yerli orqanlarla danışıqlar aparmağa gəlibmiş. Cənab konsul “Bakı” jurnalı, onun Azərbaycan mədəniyyətinin, tarixinin təbliğindəki yerindən və rolundan doyunca danışıb. Sonra Moskvadan Vladivostoka qədər səfərin nə qədər ağır olduğunu deyib. Millətimizin sadəlövh insanlarının konsulun halına yanmaqdan başqa əlacı qalmayıb. Düşünüblər ki, bu qədər yolu necə qət edəcək.
Özbək emiqrant, Vladimirdə bazarların birində pal-paltar satan Bibişin “Sadəlövhün tarixçəsi” adlı kitabı üç il əvvəl Rusiyada çap olunub və böyük uğur qazanıb. Bir neçə müsabiqənin qalibi olub. Az müddətdə ona qədər dilə çevrilib. Amerikada, Almaniyada, Finlandiyada, Italiyada nəşr olunub. Bu, Vətənindən xoş güzaran, gözəl həyat tərzi əlindən qaçıb, Rusiyada daha yaxşı ömür yaşamayan bir insanın yaşantılarıdır. Bu kitab sadəcə dərdin tarixçəsi deyil, həm də sadəlövhlüyü həyat tərzi seçmiş insanın və  məmləkətinin qanunlarını şeytan oğurlamış bütöv millətin, daha geniş desək, yıxılmış imperiya çöküntüləri altından çıxa bilməyənlərin hekayətidir.
Bibişin kitabının çapı üçün nə özbək hökuməti vəsait verib, nə də konsullar şəhər-şəhər gəziblər. Bu qadın 30-a qədər nəşriyyatın qapısını döyüb və 31-ci nəşriyyat ağız büzə-büzə bu kitabı çap edib. Kitab 2005-ci ilin “Milli besteller” müsabiqəsinin qalibi olub.
Çünki biz də elə “Sadəlövhün tarixçəsi” kitabının müəlifi və qəhrəmanı kimi hələ də sadəlövh xəyallarla yaşayırıq, xülyalarda demokratik, insan haqlarına hörmət olunan bir vətəndaş cəmiyyəti qururuq, elə bu sadəlövhlüklə olmayanları olan kimi dilə gətirənlərə inanırıq. Biz o qədər sadəlövhük ki, hələ də torpaqlarımızı bizə Rusiya, yaxud Amerikanın qaytaracağına bel bağlayırıq və günlərin birində Buşu, yaxud Yeltsini başımıza gələn bəlaların səbəbkarı kimi qarğıyırıq. 
Qəzetlərdə oxudum ki, Amerikanının yeni prezidenti ölkə vətəndaşlarını yerli mallar almağa çağırıb, müəssisələrə isə yerli xammalla işləməyi nəzərdə tutan qanunu müzakirə üçün konqresə göndərib. Bu çağırış yadıma sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “Hamı yerli mal alsın, xeyri Vətəndə qalsın!” çağırışını saldı. Bu çağırışdan sonra kiminsə yerli mal alıb almadığını deyə bilmərəm, heç mənfəətdən də söhbət gedə bilməz, amma bu şüar sabiq nazirə heç düşmədi. Kiminsə maraqlarına toxunmaq ona çox baha başa gəldi. Nəinki vəzifəsini itirdi, həm də belə sadəlövh çağırışın müəllifi olduğu üçün həbsxanaya atıldı. Görəsən, Obamanın çağırışını Amerikada mənafeyinə toxunan məmurlar necə qarşılayacaqlar? Bəri başdan bəyan edim ki, bu şüarı ortaya atmağı cənab sabiq nazirə dünya siyasətinin ən güclülərindən biri Madlen Olbrayt məsləhət görmüşdü.
Bu günlərdə daha bir sadəlövhün çıxışını eşitmək mənə nəsib oldu. Samarada yaşayan Azərbaycanlılar Liqası idarə heyətinin yığıncağında iştirak edirdim. Indi vəkillik edən keçmiş polis işçisi liqanın qəzetində gedən materialları əvvəlcədən oxuyan dörd nəfərlik qrupun yaradılmasını təklif etdi. Vəkil bəyan etdi ki, bir sıra materiallar onun ürəyincə deyil. Azərbaycanda heç bir problem yoxdur. Yollar çəkilir, binalar tikilir. Azərbaycan haqqında yalnız yaxşı danışmaq, yaxşı yazmaq olar. Prezidentin neçə dəfə seçiləcəyi isə Azərbaycanda yaşayanların işidir.
Rusiyada oturub Azərbaycan cənnətindən yazan bir müəllifin kitabı barədə daha sonra.

Category: Yeni Xəbərlər | Views: 778 | Added by: psiko_turanci | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024