Biz narahatıq, qorxuruq ki, atışmalar yenidən başlayacaq
“Biz sanki 30
il əvvəlki dövrə qayıtmışıq. Qəzza zolağında ərzaq satılır, amma hər
şey çox bahadır. Ərzaq var, amma əsasən yağ və undan ibarətdir”. Bu eksklüziv açıqlamanı APA-ya
13 yaşından Qəzza zolağında yaşayan Azərbaycan vətəndaşı Dinara
Abdullah verib. O insanların ərzaq almağa pullarının olmadığını deyib:
“Mənim ərim həkimdir, biz ərzaq almağa birtəhər pul tapırıq, amma digər
insanlar çox çətinlik çəkirlər. Şəhərdə atışma yoxdur, amma qorxu hissi
hələ də qalır. Biz narahatıq, qorxuruq ki, atışmalar yenidən
başlayacaq. Qəlbimiz sakit deyil. Qaz yoxdur, işığı müxtəlif rayonlarda
fərqli cədvəl üzrə fasilələrlə verirlər. Həmişəki kimi ocaqda, iki
günlük yemək hazırlayırıq. Benzin, kerosin demək olar ki, yoxdur.
Burada gələcək yoxdur, uşaqlara yazığım gəlir. Biz iyirmi birinci əsrdə
yaşayırıq, amma burada bu, hiss olunmur. İndiki vəziyyətimiz
Əfqanıstandakı vəziyyətdən də pisdir. Qəzza zolağını tərk edərək Bakıya
qayıtmaq fikrindən dönməmişik”.