Bu uzun illərdə toplanan problemlərin nəticəsidir və bu problemlər qısa müddətdə həll oluna bilməz ABŞ-ın
yeni seçilmiş prezidenti Barak Obama ölkənin iqtisadi durumunun daha da
ağırlaşacağı ilə bağlı həmvətənlərinə xəbərdarlıq edib. Obama
bildirib ki, ümumdünya maliyyə böhranı uzun illər ərzində toplanan
problemlərin nəticəsidir və bu problemlər qısa müddətdə həll oluna
bilməz: “Buna görə də iqtisadi durumun daha da kəskinləşəcəyini
gizlətmək istəmirəm”. Qeyd edək ki, ABŞ Əmək Nazirliyi böhranla
əlaqədar noyabr ayında 533 min işçinin ixtisara düşdüyünü açıqlayıb.
Bu, son 34 il ərzində kütləvi ixtisarlarla bağlı ən yüksək rəqəmdir.
ABŞ-da sentyabrda 403 min, oktyabrda isə 320 min nəfər böhranla
əlaqədar işdən azad olunub.
|