Tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş Qarabağ vilayəti ölkəmizin hərbi-siyasi və ictimai-iqtisadi tarixində mühüm yer tutmaqla yanaşı, elmi-mədəni inkişaf prosesinə də öz töhfələrini vermiş, bu vilayətdə doğulub boya-başa çatmış şəxslər arasından xeyli sayda görkəmli şairlər, ədiblər, mütəfəkkirlər, elm adamları, o cümlədən də tarixçilər çıxmışlar.