«Dağlıq Qarabağ probleminin siyasi vasitələr, Rusiyanın və ATƏT Minsk qrupunun vasitəçiliyilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə həlli perspektivlərini müzakirə edərək prezidentlər bəyan edir ki,
1.Cənubi Qafqazda daha sağlam ab-havanın yaranmasına, Dağlıq Qarabağ probleminin siyasi, təhlükəsiz yolla, qəbul edilmiş beynəlxalq hüquq normaları, əldə olunmuş sənədlər çərçivəsində həllinə səy göstərəcək ki, bu da bölgədə iqtisadi və hərtərəfli əməkdaşlığa təkan verəcək.
2. 2007-ci il noyabrın 29-da Madriddə keçirilmiş görüş nəzərə alınmaqla, ATƏT-in Minsk qrupu həmsədlərinin vasitəçiliyilə aparılan danışıqların davam etdirilməsinin və bundan sonra da münaqişənin siyasi prinsiplər əsasında həllinə dair aparılacaq görüşlərin vacibliyini vurğulayırlar. 3.Razılaşırlar ki, probleminin sülh yolu ilə həlli üçün tərəflərin həll variantının bütün aspektləri və mərhələlələrində huquqi məsuliyyət daşımasına dair beynəlxalq zəmanət olmalıdır.
4.Qeyd edirlər ki, Azərbaycan və Ermənistan prezidentləri bundan sonra da ən yüksək səviyyətə əlaqələri davam etdirmək, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair işləri davam etdirmək qərarına gələrək xarici işlər nazirlərinə ATƏT-in Minsk Qrupunun iştirakilə danışıqlar prosesini daha da fəallaşdırmaq tapşırığını verirlər.
5.Nizamlama prosesində qarşılıqlı inamın yaranması üçün göstərilən bütün şəraiti alqışlamağı vacib bilirlər.
|