Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 06.30MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Sentyabr » 10 » Şou-biznesin heyvanları
Şou-biznesin heyvanları
23.24

Şou-biznes nümayəndələri daim efirlərdə olduqlarından adama elə gəlir ki, onların oxumaq-oynamaqdan savayı işləri yoxdur, günləri yalnız çal-çağırla keçir. Amma azca maraqlananda bəlli olur ki, onlar da bütün insanlar kimi, boş vaxtlarını öz ailələri, uşaqları, hətta sevimli məşğuliyyətlərinə də həsr edə bilirlər.şou-biznesin məşğuliyyətini araşdırmaq qərarına gəldi. Kiçik araşdırma zamanı məlum oldu ki, şou əhlimiz yaman “heyvanbaz”dır.

İlhamə Quliyeva 6 ildir “Markiz” adlı pişik saxlayır. Almaniyadan gətirilən “Markiz”in yeməkləri də öz ölkəsindən gətirilir. O, Azərbaycan yeməklərini bəyənmir. İlhamə xanım hər ay pişiyini həkim müayinəsindən keçirir.

Nisə Qasımova da evində pişik saxlayır. Onun Syam pişiyinin adı “Meqa Star”dır.

Flora Kərimovanın isə evində ovçarka cinsinə mənsub yekə it bəslənir. İt nə it... Adama bircə dəfə baxmağı kifayətdir...

Brilliant Dadaşovanın da evində it “böyüyür”. Bu iti saxlamaq təşəbbüsü onun həyat yoldaşına məxsus olsa da it ailədəkilərin sevimlisinə çevrilib. Onu da qeyd edək ki, evin bu sevimli sakini bir müddət əvvəl itdiyi üçün barəsində axtarış da elan olunub.

Zülfiyyə Xanbabayeva ilə Elnarənin hazırda ən əsas məşğuliyyətləri qızlarını saxlamaqdır. Ona görə də onlar it-pişik saxlamağa vaxt tapmırlar.

Faiq Ağayevin də evində fauna aləmindən əsər-əlamət yoxdur.

Aygün Kazımova vaxtilə mənzilində it, pişik, hətta meymun saxlasa da indi məlum olmayan səbəblərdən heç bir ev heyvanı saxlamır.

Röyaya bir müddət əvvəl sevgilisi Anar tərəfindən balaca sarı rəngli pişik hədiyyə olunsa da, pişiyin ömrü uzun olmayıb, ölüb (Təki sevgiləri uzunömürlü olsun!). Bundan başqa, müğənninin qol saatlarından ibarət kolleksiyası var.

Elza Seyidcahanın qara pişiyi var. Elza xanım hətta pişiyinə ad günü də keçirir.

Rəqsanəyə gəlincə, o, “Lokki” adlı itini hədiyyə etməli olub. İtin evdən getməsinə yeni doğulmuş qızı Yagmur səbəb olub.

İngilis, ispan, rus və Azərbaycan dillərində təmiz danışmaq bacarığı olan Ədalət Şükürovun da iti var. Müğənninin sevimli məşğuliyyəti isə qurudulmuş kəpənək kolleksiyası yığmaqdır. Ən sevdiyi heyvan isə delfindir.

Mətanət İsgəndərli də evində pişik saxlayır. Onun Britaniya əsilli pişiyinin adı “Mister”dir.

Aktrisa Firəngiz Mütəllimova heyvanlardan iyrəndiyi üçün gül-çiçək bəsləməyə üstünlük verir. Onun ən maraqlı məşğuliyyəti evindəki dibçək güllərinə baxmaqdır.

Onu da deyək ki, nəinki bizim ulduzlar, hətta türk sənətçiləri də it-pişiyə meyllidirlər. Belə ki, Sezen Aksu 11 il “Cano” adlı it saxlayıb. Ajda Pekkanın isə “İce” adlı pişiyi və “Charles” adlı iti var. Tarkan evində pişik, Candan Erçetin isə “Wolf” və “Lolla” adlı iki qurd iti ilə “Eros” adlı it saxlayır. Niluferin də pişiyi var. Şahsənəm isə evində 16 pişik bəsləyir...

Category: Məşhurlar | Views: 844 | Added by: Real_Master | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024