Rusiyanın hüquq-mühafizə təşkilatları ksenofobiya və ekstremizm meyllərinin ciddi şəkildə arta biləcəyi barədə xəbərdarlıq edib.
Bu gün Rusiyada Adolf Hitlerin ad gününü qeyd edən ekstremist qruplaşmalar tərəfindən təxribatların törədiləcəyi istisna olunmur. İnternetdə yayılmış məluümatlara görə, skinhedlər, neonasist və ultrasağçı vətənpərvərlik təşkilatları ədnəbilərə qarşı hücumlara və kütləvi aksiyalara hazırlaşır. Rusiyanın hüquq-mühafizə təşkilatları ksenofobiya və ekstremizm meyllərinin ciddi şəkildə arta biləcəyi barədə xəbərdarlıq edib. Daxili işlər naziri Rəşid Nurqaliyev bildirib ki, milis əməkdaşları Adolf Hitlerin ad günündə ekstremist təmayüllü gənclər təşkilatlarının mümkün aksiyalarının qarşısını almaq üçün qabaqlayıcı təcbirlər görür
|