Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 18.31MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 18 » «Ermənistan Azərbaycan torpaqlarını sülh yolu ilə işğal etməyib».
«Ermənistan Azərbaycan torpaqlarını sülh yolu ilə işğal etməyib».
15.31
 
İlham Əliyev: «Növbəti aylarda Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin perspektivləri məsələsinə aydınlıq gətirilməlidir»

«Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. Ermənistan tərəfi də bildirir ki, onlar məsələni sülh yolu ilə həll etmək istəyirlər. Ancaq onlar Azərbaycan torpaqlarını sülh yolu ilə işğal etməyiblər. Onlar torpaqlarımızı xarici dəstəklə və hərbi yolla işğal ediblər». Bu sözləri prezident İlham Əliyev Füzuli rayonunun Horadiz qəsəbəsində yerli ictimaiyyətlə görüşdə deyib. Onun sözlərinə görə, 14 ildir aparılan sülh danışıqları heç bir nəticə vermir. Prezident qeyd edib ki, danışıqlar prosesində müəyyən irəliləyişlər hiss olunsa da, bu, məsələnin həlli demək deyil: «Biz nə vaxta qədər danışıqlarda iştirak edəcəyik? Nə vaxta qədər ədalətsizliklə barışacağıq? Biz danışıqlar prosesində ona görə iştirak edirik ki, məsələnin sülh yolu ilə ədalətli həllinə ümidimiz var. Danışıqlar yalnız bu çərçivədə aparılır. Amma hamı onu da bilməlidir ki, danışıqlar əbədi aparıla bilməz. Hər bir xalqın, hər bir ölkənin səbrinin həddi var. Biz öz sülh siyasətimizi nümayiş etdirərək hələlik danışıqlarda iştirak edirik. Amma qarşı tərəf də, bütün beynəlxalq vasitəçilər də bilməlidirlər ki, həmişə belə olmayacaq».

İlham Əliyev bildirib ki, Azərbaycan danışıqlarda iştirak edə-edə həm də iqtisadi məsələləri həll edir, öz ordusunu gücləndirir Onun sözlərinə görə, büdcədən ordu xərclərinin birinci yerdə gəlməsi təsadüfi deyil. Çünki müharibə şəraitində yaşayan ölkədə büdcə siyasəti məhz bu cür aparılmalıdır: «Biz hesab edirik ki, növbəti aylarda Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin perspektivləri məsələsinə aydınlıq gətirilməlidir. Mən ümid etmək istəyirəm ki,  beynəlxalq vasitəçilər və Ermənistan, işğalçılıq siyasətinin gələcəyinin olmadığını başa düşəcək. Məsələ beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunmalıdır. Azərbaycanın haqlı olduğu bütün dünya tərəfindən qəbul edilir. Beynəlxalq təşkilatların hamısı bizim mövqeyimizi müdafiə edir».

Category: Siyasət | Views: 892 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024