ABŞ bir daha bəyan edir ki, Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır.
ABŞ dövlət departamenti rəsmi internet səhifəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məlumatını yeniləşdirib. Məlumatda bildirilir ki, ABŞ münaqişənin sülh yolu ilə nizamlanması prosesinin sürətlənməsində fəallığını davam etdirir. ABŞ, Rusiya və Fransadan olan vasitəçilərin əməkdaşlığı yüksək səviyyədədir. ABŞ bir daha bəyan edir ki, Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır və onun rəhbərliyi nə beynəlxalq ictimaiyyət, nə də ABŞ tərəfindən qəbul edilmir. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hesab edir ki, Dağlıq Qarabağın gələcək statusu münaqişənin siyasi yolla həllinə nail olmaq üçün tərəflər arasında danışıqların əsas mövzusudur. ABŞ Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində dinc yolla həllinə sadiqdir.
|