Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 00.07MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 15 » ŞOU-BİZNESİN ƏN AĞIRI “TOPPUŞ BACI”, ƏN YÜNGÜLÜ İSƏ MANANADIR .
ŞOU-BİZNESİN ƏN AĞIRI “TOPPUŞ BACI”, ƏN YÜNGÜLÜ İSƏ MANANADIR .
15.21

        Azərbaycanda şou-biznes nümayəndələri müxtəlif keyfiyyətlərinə görə bəhsə girərək “birinci” olduqlarını sübut eləməyə çalışırlar. Onların bir qismi səhnədə ilk dəfə soyunması, bir qismi açıq-saçıq geyimi, bəziləri bir neçə günlük konsert proqramları, bahalı toy müğənnisi olması, klipi, maşını, evi və daha nələri ilə öyünür, özünü zirvədə hesab edir.
Biz isə Azərbaycan şou-biznesinin nümayəndələrini boyuna və çəkisinə görə sıralamaq istədik. APA-nın apardığı araşdırma maraqlı nəticələr ortaya qoydu. Məlum oldu ki, Azərbaycan şou-biznesində ən ağır çəkililərin başında “Toppuş bacı” ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva dayanır. “Toppuş bacı”nın çəkisi nə az, nə çox - düz 145 kiloqramdır. Onun boy ölçüsü isə çəkisi ilə tərs mütənasibdir. Belə ki, ağır çəkili Toppuş bacının boyu 164 sm-dir. Ancaq çəkisinin çoxluğuna baxmayaraq, o, bəziləri kimi nə çəkisini azaltmaq, nə də bunu gizlətmək niyyətindədir. Şou-biznesdə ağır çəkililər sırasında Bilal Əliyevi qeyd etməsək, olmaz. “Toppuş bacı”dan 25 kiloqram geri qalaraq birinciliyi əldən verən Bilal Əliyevin çəkisi 120 kiloqram, boyu isə 189 sm-dir. Çəkisinə görə Azərbaycan şou-biznesində üçüncü yeri arıqlamaq fikrini ağlından belə keçirməyən və çəkisi ilə fəxr edən şoumen Murad Dadaşov tutur. Onun çəkisi 113 kiloqram, boyu isə 170 sm-dir. Ağır çəkililər sırasında növbəti yerlərdə 106 kiloqramla maestro Ceyhun (boyu 192 sm), 102 kiloqramla müğənni Eyyub Yaqubov (boyu 192 sm) gəlir. Ağır çəkili həmkarlarından bir az geri qalan 25 yaşlı Abbas Bağırovun üç rəqəmli çəkiyə çatmasına 2 kiloqram qalıb. Hazırda onun çəkisi 98 kiloqram, boyu isə 170 sm-dir. Siyahıda sonrakı yerləri Cavanşir Məmmədov (çəkisi 90 kq, boyu 183 sm), Namiq Qaraçuxurlu (çəkisi 83 kq, boyu 187 sm), Nadir Qafarzadə (çəkisi 83 kq, boyu 180 sm) tutur. Uzun illərdir eyni çəkini saxlamaq üçün idman zallarından çıxmayan 42 yaşlı Ədalət Şükürovun çəkisi 80 kiloqram, boyu 168 sm-dir. Çəkisi 80 kiloqram olan digər müğənni Rüfət Axundovun boyu isə 172 sm-dir. Sorğuda iştirak edən kişi sənətçiləri arasında çəkisinə görə sonuncu yeri tutan müğənni Kərim 76 kiloqramdır. Onun boyu isə 174 sm-dir.
Baxmayaraq ki, yerli şou-biznesin ən ağır çəkili nümayəndəsi zərif cinsin nümayəndəsidir, yüngül çəkililərin də demək olar ki, hamısı qadın sənətçilərdir. “Toppuş bacı”dan fərqli olaraq, səhnəmizin ağır çəkili qadın sənətçiləri öz çəkilərini APA-ya açıqlamaqdan imtina etdilər. Bu sırada Almaz Ələsgərli, daim pəhrizdə olan Mətanət İsgəndərlinin adını qeyd etmək olar. Brilliant Dadaşova və Tünzalə Ağayeva isə bəlli olmayan səbəblərə görə boylarını və çəkilərini açıqlamaqdan imtina ediblər.
Özlərini Hollivud ulduzlarına bənzətmək üçün ən müxtəlif üsullardan istifadə edən, hətta cərrah bıçağı altına girməkdən belə çəkinməyən qadın sənətçilərin boy və çəkilərini o qədər də faciəli hesab etmək olmaz. Ömrünün uzun illərini sənətə vermiş Firuzə İbadovanın çəkisi 70 kiloqram, boyu 164 sm-dir. Nazpəri Dostəliyevanın çəkisi 69 kq, boyu isə 170 sm-dir. Çəkisi 61 kiloqram olan Nisə Qasımovanın boyu 164 sm-dir. Nisə Qasımova ilə eyni çəkidə olan Məleykə Əsədova boyunun hündürlüyünə görə həmkarını 4 sm qabaqlayır. Çəkisi başına bəla olan, bu bəladan canını qurtarmaq üçün dəfələrlə cərrah bıçağı altına düşən, gözəl görünmək üçün milyonlar xərcləyən Aygün Kazımova çəkisini 60 kiloqrama salmağı bacarıb. 168 sm boyu olan Aygün Kazımova bir ay müddətində 7 kiloqram arıqladığını və çəkisinin 67-dən 60-a düşdüyünü deyib. Elnarə Xəlilovanın çəkisi 60, boyu 165 sm, Xatirə İslamın çəkisi 57 kq, boyu 162 sm, Samirənin çəkisi 56 kq, boyu 168 sm, Lalə Məmmədovanın çəkisi 54 kq, boyu 164 sm, rəqqasə Fatimənin çəkisi 54 kq, boyu 158 sm, hazırda pəhrizdə olan İradə İbrahimovanın çəkisi 54 kq, boyu 160, Röyanın çəkisi 52 kq, boyu 165 sm, Xuraman Şuşalının çəkisi 50 kq, boyu 160 sm-dir.
Səhnəmizin ən az çəkili xanım sənətçisi 46 kiloqram çəki ilə Manana Çaparidzedir. Onun boyu 154 sm-dir. Sorğumuzda iştirak edən sənətçilərdən ən qısaboylusu Aygün Bəylərdir. 54 kiloqram çəkisi olan sənətçinin boyu 150 sm təşkil edir.
Sənətçilərdən Teymur Əmrah, Elariz Məmmədoğlu və Faiq Ağayev APA-nın sorğusunda iştirakdan imtina ediblər.
Sonda... Təqdim olunan çəki və boy ölçülərinin siyahısı şou-biznes nümayəndələrinin özlərindən alınmış məlumatlar əsasında tərtib olunub. Odur ki, rəqəmlərin reallığı nə qədər əks etdirməsinin babalı onların boynuna düşür... Hər halda, kimin doğru, kimin yalan dediyini onsuz da efir üzə çıxarır.

Sevdimali_Pervin.

Category: Məşhurlar | Views: 4605 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024