|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 21 Qonaq: 21 İstifadəçi: 0
|
|
Çərşənbə, 2025-01-15, 20.26 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Aprel » 15 » MÜSAVAT PARTİYASI MİTİNQ QƏRARI VERDİ
MÜSAVAT PARTİYASI MİTİNQ QƏRARI VERDİ | 15.05 |
Dünən Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyadaxili məsələnin müzakirəsi zamanı Müsavat başqanı İsa Qəmbər aprelin 12-də müsavatçı və bitərəf gənclərlə görüşü haqqında fikir mübadiləsi aparılıb. Sonra Məclisin növbəti sessiyasının vaxtının müəyyənləşdirilməsi müzakirə edilib. Qərara alınıb ki, Məclisin növbəti sessiyası mayın 3-də keçirilsin. Daha sonra ictimai-siyasi vəziyyətə dair müzakirələr keçirilib. Ölkədə baş verən son hadisələr və proseslərin kütləvi aksiyalara başlanılmasını zəruri etdiyi qənaətinə gələn Divan may ayının 4-də mitinq keçirmək haqqında qərar verib. Mitinq zamanı müxalifətin və beynəlxalq qurumların təkidlərinə baxmayaraq iqtidarın Seçki Məcəlləsinə dəyişikliklər etmək istəməməsinə və bu azmış kimi seçki kampaniyası dövrünü 4 aydan 2 ayadək azaltmaq cəhdlərinə etiraz ediləcək. Mitinqə eyni zamanda ölkədə tüğyan edən bahalaşma ilə bağlı, son dövrlər vətəndaşlara məxsus ev və digər mülkiyyət obyektlərinin adekvat təzminat ödəmədən sökülməsinə qarşı da şüarlar səslənəcək. İqtidarın “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə qarşı apardığı çirkin kampaniyanı kəskin pisləyən Müsavat Divanı bu kampaniyanın bütövlükdə azad mətbuata qarşı aparıldığını və onun hakimiyyətinin özünüifşası ilə nəticələnəcəyini qeyd edib. Bu biabırçı kampaniya çərçivəsində tanınmış şəxslərin mobil telefonlarına məlum nömrələrdən təhqiramiz mətnli SMS-lər göndərilməsinə xüsusi diqqət yetirilib. Divanın toplantısında daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 90 və Əbülfəz Elçibəyin 70 illiyi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin yığıncağı keçirilib. Görülmüş işlər haqqında məlumat dinlənildikdən sonra komitənin sədri İsa Qəmbər üzvlərə müvafiq tapşırıqlar verib. Müsavat Partiyası Divanının üzvü, başqan müavini Qabil Hüseynli bildirdi ki, mitinqlə bağlı yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndəriləcək: “Meriyaya göndəriləcək məktubda mitinq keçirmək üçün Qələbə kinoteatrının qarşısındakı meydanın ayrılması istəniləcək. ”Nərimanov" kinoteatrının qarşısı və Ukrayna meydanı da mümkün variantdır". Q.Hüseynli digər siyasi təşkilatların da 4 may mitinqində iştirakının təmin edilməsi üçün iş aparılacağını bildirdi. Sevdimali_Pervin.
|
Category: Siyasət |
Views: 849 |
Added by: Pervion
| Rating: 0.0/0 |
|
| |