Beynəlxalq Valyuta Fondu qida məhsullarının qiymətinin artmasından narahatdır.
İnflyasiya, xüsusilə, qida məhsullarının qiymətinin artması dünyada yeni münaqişələrə səbəb ola bilər. Bunu Vaşiqtonda keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominik Stross-Kann bildirib. Onun sözlərinə görə, qida məhsullarında qiymət artımı qorxulu nəticələr vəd edir. BVF rəhbərinin fikrincə, arzuolunmaz nəticələrdən sığortalanmaq üçün dünya ölkələri inflyasiya probelminə ciddi yanaşmalıdır. BVF-nun maliyyə üzrə beynəlxalq komitəsinin kommünikesində deyilir ki, son vaxtlar dünyanın yoxsul ölkələrində ərzan və enerji daşıyıcılarının qiymətləri kəskin surətdə artıb.
|