Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 14.35MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 12 » Beynəlxalq Terrorçuluğun Silah bazası
Beynəlxalq Terrorçuluğun Silah bazası
20.26

Ötən il Ermənistandan PKK terror təşkilatına 2 milyon dollarlıq silah-sursat göndərilib. Bu barədə açıqlama yayan Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan qanunsuz silah ticarəti ilə məşğul olmaqda davam edir. Bundan başqa, PKK terrorçuları arasında erməni mənşəli şəxslərin olduqları da sübuta yetirilib.
Bu şəxslər Tailandda “Fuerzas Armadas Revolucionarias Columbia” adlı terrorçu qruplaşmaya “Yer-Hava” tipli zenit-raket kompleksinin satışı ilə bağlı danışıqlar aparıblar. Həmin fırıldaqçılar daha əvvəl də silahlı münaqişələrin bürüdüyü Liberiya, Konqo, Anqola, İraq və Kolumbiya kimi üçüncü dünya ölkələrinə qeyri-leqal silah satışında iştirak ediblər. 2005-ci ilin martında silah qaçaqmalçılığı ilə məşğul olan Ermənistan vətəndaşları - Artur və Levon Solomonyan qardaşlarının ABŞ-da həbs olunması da bu baxımdan diqqətçəkəndir. A. Solomonyanın başçılıq etdiyi beynəlxalq cinayət şəbəkəsi Rusiya, Ermənistan və Şimali Qafqazdakı hərbi hissələrdən alınmış silahların satışı ilə məşğul olub. “United Nations Register of Conventional” adlı təşkilatın silah ixracı və idxalına dair illik hesabatında Ermənistan öz ordusu üçün əldə etdiyi silahları sənədlərdə göstərməyən və gizlədən ölkələr sırasında qeyd olunub. 2007-ci ilin yayında rəsmi İrəvanın müxtəlif ölkələrdən gizli şəkildə silah və hərbi texnika alması ilə bağlı bir neçə  fakt çıxdı. 2007-ci ilin iyulunda Türkiyənin ərazi sularında Ermənistan Müdafiə Nazirliyinin Albaniyanın “Meiko” firmasından aldığı 60 konteyner qanunsuz silah daşıyan gəmi saxlanılıb. Qaçaqmal silahlar arasında 75 mm-dən 122 mm-ə qədər müxtəlif kalibrli artilleriya qurğuları da olub. Sonradan müəyyənləşdirilib ki, bu silahlar Tirana ətrafındakı silah anbarlarından qeyri-qanuni əldə edilib. Həmin anbarda cari ilin mart ayında güclü partlayış baş verib. Partlayışın Ermənistana silah satışı ilə bağlı fırıldağı ört-basdır etmək məqsədilə qəsdən törədildiyi istisna edilmir. 2007-ci ilin avqustunda Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın maliyyə dəstəyi ilə “Radiotexkomplekt” Qapalı Səhmdar Cəmiyyətindən hərbi təyinatlı rabitə vasitəsi alınaraq qeyri-leqal yolla Ermənistana göndərilib. Elə həmin dövrdə Krasnodar diyarındakı “Qafqaz” dəniz limanında gömrük işçiləri Ermənistan Müdafiə Nazirliyinə məxsus “Faqot” raket kompleksi və BM-21 “Qrad” reaktiv atəş sistemi üçün nəzərdə tutulmuş ehtiyat hissələrin qaçaqmal yolu ilə keçirilməsinin qarşısını alıblar. Bütün bunlar belə deməyə əsas verir ki, Ermənistan beynəlxalq terrorçuluğun silah bazasına, eyni zamanda qeyri-qanuni silah satışının mərkəzinə çevrilib.
Category: Siyasət | Views: 1017 | Added by: ferid55 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024