|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 27 Qonaq: 27 İstifadəçi: 0
|
|
Çərşənbə, 2025-01-15, 20.06 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Aprel » 11 » İSA QƏMBƏRƏ AMERİKADAN BİR NEÇƏ DƏVƏT GƏLİB .
İSA QƏMBƏRƏ AMERİKADAN BİR NEÇƏ DƏVƏT GƏLİB . | 13.38 |
Xəbər
verdiyimiz kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ
Demokratlar Partiyasının qurultayına dəvət edilib. Onu da qeyd edək ki,
ABŞ Respublikaçılar Partiyasının da qurultayı keçiriləcək və İsa
Qəmbərin həmin tədbirə də dəvət olunacağı gözlənilir. Bəs Müsavat
başqanı demokratların dəvətini qəbul edib ABŞ-a gedəcəkmi? İsa
Qəmbər bildirdi ki, ümumiyyətlə bu il yaya qədər ABŞ-a getməyi
planlaşdırırmış: “Bir sıra dəvətlər də var. Hələlik səfərimin müddətini
müəyyənləşdirməmişəm. Srağagün isə demokratların milli qurulayında
iştirakla bağlı dəvət aldım. Bu qurultay avqust ayında,
respublikaçıların qurultayı isə sentyabrda keçiriləcək. Ona görə
demokratların qurultayına dəvəti dəyərləndirirəm. Ölçüb-biçəcəyəm ki,
iştirak edim, yoxsa yox. Əgər gedəcəyəmsə, o vaxta qədərki səfərlərim
necə olsun? O səfərləri də həyata keçirim, yoxsa, bu səfərlərin
hamısını birləşdirim? Yəni müxtəlif variantlar var. Yaxın günlərdə
dəyərləndirib ən uyğun qərar verəcəyəm”. Qurultayda iştirak etmək
üçün səfər xərclərinin kim tərəfindən ödənilməsinə gəlincə, İsa Qəmbər
bildirdi ki, səfər xərcləri dəvət olunanların özlərinin üzərinə
düşür. Xatırladaq ki, demokratların qurultayına Azərbaycan
müxalifətindən ancaq İsa Qəmbərlə AXCP sədri Əli Kərimli dəvətlidir.
“Səfərlə bağlı hər iki partiya liderinin arasında müzakirə olacaqmı”
sualına İsa Qəmbər belə cavab verdi: “Dəvət məktubunu yeni almışam.
Hələlik heç kimlə məsləhətləşməmişəm. Təbii ki, imkan olsa Əli Kərimli
ilə fikir mübadiləsi aparacağam. Mən çox təəssüf edirəm ki, hakimiyyət
qanunsuzluqlarından birini yenə davam etdirərək Əli Kərimlinin
pasportunu vermir. Sözün doğrusu, bu da məni düşünməyə vadar edir.
Çünki 2004-cü ildə də Demokratlar Partiyasının qurultayına dəvət
almışdıq. O zaman dəvətə görə təşəkkür məktubu göndərdim və getmədim.
Ancaq Əli Kərimli getdi və Azərbaycanın demokratik qüvvələri həmin
qurultayda təmsil olundu. İndi Əli Kərimlinin pasport problemi olduğu
üçün bir az fərqli situasiya yaranır”.
Sevdimali_Pervin.
|
Category: Siyasət |
Views: 868 |
Added by: Pervion
| Rating: 0.0/0 |
|
| |