Murad Dadaşov Azərbaycanda teleserial biznesi formalaşdırmaq niyyətində olduğunu deyib. Azərbaycanda hələ də serial biznesinin hazırlanmadığını deyən şoumen ölkə teleməkanında bu istiqamətdə yeniliklər etmək istədiyini bildirib: “Artıq iki serial üzərində ilkin işlər aparılır. Filmlərdən biri dramatik, digəri isə komik bir serial olacaq”.
Bu işdə rejissor kimi xarici mütəxəssislərin köməyinə ehtiyac duyuduğunu deyən M.Dadaşov serial çəkmək üçün Azərbaycanda işçi heyətin tam yetişmədiyini də qeyd edib. O, bu yay dramatik serialın çəkilişini planlaşdırdıqlarını deyib: “Əsas rejissor isə dostum, uzun illərdir birgə çalışdığım İlham Qasımov olacaq”. Seriallarda çəkiləcək aktyor heyətinə gəlincə, Murad Dadaşov filmdə əsas rollara məşhurlar, ancaq qeyri-aktyorlar dəvət olunacağını vurğulayıb: “Yəni onlar müğənnilər, tanınmış simalar olsalar da, aktyor kimi fəaliyyət göstərməyiblər. Ola bilsin ki, xarici ölkələrdən də aktyorlar dəvət edək”. Şoumen son layihələrilə əlaqədar maşın realiti-şousunu davam etdirmək niyyətində olmadığını da bildirib.
|