Ubeydə əl-Məsrinin London metrosundakı partlayışa görə məsuliyyət daşıdığı bildirilir.
«Əl-Qaidə» terror şəbəkəsinin yüksək rütbəli üzvlərindən olan Ubeydə əl-Məsri ölüb. «Reuters»in məlumatına görə, bunu ABŞ rəhbərliyindən bildiriblər. Əl-Məsrinin London metrosunda 2005-ci ildə baş vermiş partlayışlara və 2006-cı ildə sərnişin təyyarələrinin partladılmasına edilmiş uğursuz cəhdə görə məsuliyyət daşıdığı bildirilir. McClatshy media şirkətinin bəzi nəşrlərinin məlumatına görə, əl-Məsri Pakistanda hepatitdən vəfat edib. ABŞ rəhbərliyindəki mənbələr bu mövzunu müzakirə etməkdən yayınırlar. Lakin onlar əl-Məsrinin təbii səbəblərdən öldüyünü təsdiqləyirlər.
|