Film bir-birindən didərgin düşmüş iki qardaşın nakam taleyindən bəhs edir.
Rəfaillə Coşqun nəhayət ki, arzularına çatıb. Belə ki, aktyorlar «Sarı»ya böyük bir layihə üzərində çalışdıqlarını bəyan ediblər. «Yeni film üzərində çalışırıq. Filmə böyük bir aktyor heyəti ilə hazılaşırıq. Filmin adı «Ci & Mı», ssenari müəllifi Müşfiq Abbasov, rejissoru isə hələ axtarılır. Çox güman, bu, Kənan M.M. ola bilər. Mövzu ilə bağlı onu deyə bilərik ki, film bir-birindən didərgin düşmüş iki qardaşın nakam taleyindən bəhs edir. Film bitər-bitməz, xaricə bir-iki səfərimiz var».
|