Deputatlar prezident və hökumət qarşısında bir sıra tövsiyyələrlə də çıxış etməlidir.
Bu gün Ermənistan parlamenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması barədə bəyanatla çıxış edəcək. 'Arminfo' agentlityinin verdiyi məlumata görə bəyanat layihəsində prezidentə və hökumətə təklif olunur ki, dünya ictimaiyyətinin Dağlıq Qarabağ problemi haqqında hərtərəfli məlumatlandırılması, Ermənistanın münaqişənin həlli istiqamətində siyasətinin daha təşəbbüskar olması, Azərbaycanın hücum edəcəyi təqdirdə Ermənistanın Dağlıq Qarabağın təhlükəsizliyi və müdafiəsini təmin etməsi üçün beynəlxalq hüquq çərçivəsində hüquqi əsaslar yaratması məqsədilə səyləri və cəhdləri genişləndirilsin. Parlamentin sədri Tiqran Torosyan Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının mümkün olduğunu da söyləyib: «Lazım gəlsə, bu addımın da atılması mümkündür. Bəyanatda bundan bəhs olunmaması onu göstərir ki, prezidentin dediyi vaxt hələ çatmayıb».
|