Microsoft korporasiyası Windows ХР əməliyyat sisteminin ömrünü daha iki il artırılması barədə qərar qəbul edib. Alınan qərarı Microsoft şirkəti, Asus Eee PC, Intel Classmate PC və OLPC kimi qurğuların böyük şöhrətə malik olması ilə izah edir. Lakin adları çəkilən qurğuların hamısı sərt disk və ya kiçik həcmli və asta prosessorlu daşıyıcılarla təchiz olunub. Onların əməliyyat yaddaşının həcmidə də böyük deyil. Sözügedən səbəblər kompüterlərə Windows Vista əməliyyat sisteminin qurulmasına imkan vermir.
Buna görə Microsoft şirkəti, xeyli gəlir əldə edə biləcəyi bazarın böyük həcmini nəzərə alaraq onu itirməmək qərarına gəlir. Korporasiya bəyan edib ki, OEM versiyasında Windows XP-nin 2010-cu ilin ortalarınadək satılacaq, və ancaq ultrauçuz notebook-lara qurulacaq.
İlkin olaraq Microsoft şirkəti, Windows XP əməliyyat sistemi tədarükünün bu ilin yanvar ayından etibarən dayandıracağı niyyətində olub. Lakin XP əməliyyat sisteminə yüksək tələbatın olmasını nəzərə alınaraq, onun satış tarixinin 30 iyun 2008-ci ilə dək uzadılması qərarı alınıb.
|