Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 14.37MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Aprel » 6 » Türkiyə Anayasasına dəyişiklik zərurətdir...
Türkiyə Anayasasına dəyişiklik zərurətdir...
18.21

ApelyasiyaMəhkəməsinin baş prokuroru tırıfindən AK Partiyanın qapadılması ilə bağlı qaldırılan iddia.

Anayasa Məhkəməsi (Konstitusiya Məhkəməsi) tərəfindən qəbul edildi. Əslində məsələ ilə bağlı belə bir qərarın qəbul edilməsi gözlənilən idi. Belə ki, hələ ilk günlərdən iddianamənin qəbul edilməməsi ehtimalı inandırıcı görünmürdü. Hətta hansısa səbəblərdən iddianamə qəbul edilməsəydi belə, bir müddət sonra onun qəbuluna mane olan faktlar aradan qaldırılaraq yenidən Anayasa Məhkəməsinə göndəriləcəkdi. Çünki AK Partiyanın qapadılması ilə bağlı qaldırılan iddianamədə məsələnin hüquqi tərəfi siyasi məqsədlərlə eyni nöqtədə kəsişir. Digər tərəfdən, aydın məsələdir ki, Apelyasiya Məhkəməsinin baş prokuroru qaldırdığı iddianamənin nəticəsini öncədən müəyyən etmədən bu barədə hər hansı qərar qəbul etməzdi. Bundan əlavə, hansısa bir partiyanın qapadılmasının hüquqi-texniki tərəflərinə münasibətdə baş prokurorla Anayasa Məhkəməsi arasında fərqli münasibətlər ola və bu iddia rədd edilə bilərdi. Ancaq burada söhbət AK Partiyanın qapadılmasından getdiyi üçün məsələyə münasibətdə tərəflərin mövqeləri üst-üstə düşüb. Belə ki, AK Partiya növbədənkənar parlament seçkilərində xalqın böyük əksəriyyətinin səsini alan və parlamentdə çoxluq təşkil edən bir partiyadır. Bundan əlavə, bu partiya Anayasanı dəyişdirmək gücünə malık olan və son 6 ildə ölkəni idarə edərək xalq arasında nüfuz qazanan ciddi bir siyasi gücdür. Ona görə də AK Partiya kimi bir partiyanın qapadılması barədə qərar qəbul edilməzdən əvvəl yüz dəfə ölçüb bir dəfə biçir və onun necə nəticələnəcəyini tam dəqiqləşdirəndən sonra bu barədə əməli addımlar atmağa başlayırlar. Bu baxımdan AK Partiyanın qapadılması barədə iddianamə əslində daha çox siyasi əsaslara söykənir. Ümumiyyətlə, dünyanın hər yerində bu cür iddialar daha çox siyasi məqsəd güdür və adətən, onlara hüquqi don geyindirərək ortaya atılan iddianı tənzimləyirlər. Məsələnin hüquqi tərəfdən tənzimlənməsi də hakimlərə önəmli ölçüdə problemin həllini tapmağa imkan verir. Bu baxımdan AK Partiyanın qapadılması iddiasına texniki bir hüquq davası kimi yanaşmaq yanlışdır.
İddianaməyə demokratiya donu geyindirilir
İddianaməyə əsasən, “dövlət ideologiyası” ilə xalq tərəfindən seçilənlərin siyasi düşüncələri arasında kəskin fərqlər var. Türkiyədə qəbul edilən Anayasada 1937-ci ilə kimi ideoloji bir çərçivə yox idi. 1937-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CXP) “altı ox”u (bu partiyanın bayrağında öz əksini tapan və ideoloji məna daşıyan altı ox nəzərdə tutulur - red.) Anayasaya daxil edilmiş və beləliklə, ona ideoloji don geyindirilmişdi. 1961-ci ildə qəbul edilən Anayasada isə köhnə (1937-ci il) ideologiya dəyişdirilmiş və daha əvvəl Anayasaya daxil edilmiş “altı ox”dan dördü çıxarılmışdı. Əvəzində dünyəvilik anlayışı əsasında yeni bir ideologiya meydana çıxarıldı. Amma bu ideologiya “yeni” bir ideologiyadır, cümhuriyyətin qurulduğu gündən ortaya atılan və o dövrdən onun təməllərində dayanan Atatürk ideologiyası deyil. 27 mayda baş verən dövlət çevrilişindən sonra Milli Birlik Komitəsi də Atatürkün yaşadığı dövrdəki ideologiyadan imtina edildiyini və “ikinci cümhuriyyət” dövrünün başladığını açıq şəkildə ortaya qoymuşdu. Ona görə də 1961-ci ildə qəbul edilən Anayasada nəzərdə tutulan dünyəvilik prinsipi Atatürk ideologiyası deyil, yeni bir ideologiyadır. 28 fevraldan sonra isə yeni ideologiyanın təməlini təşkil edən dünyəvilik anlayışının mahiyyəti dəyişmiş və yeniləşdirilmişdir. Yəni ortaya atılan yeni ideologiyaya əl gəzdirilmiş və həmin dövrün reallığına uyğunlaşdırılmışdır. AK Partiyanın qapadılması ilə bağlı açılan iddianamədə yer alan “dövlət ideologiya”sı da 28 fevralda dəyişdirilərək yenidən ortaya atılan bir  ideologiyadır. Bu isə o deməkdir ki, iddianamədə və ona istinad edilərək verilən Anayasa Məhkəməsinin qərarlarındakı dünyəvilik anlayışı dövlətçilik prinsiplərindən biri deyil, yalnız bir “yaşam tərzi”dir. Əslində isə bir “yaşam tərzi”, “dünyagörüşü” və ya “dövlət ideologiyası” ola bilməz, bunun analoqu yoxdur. Əks halda, o, hüquqi anlayış olmaqdan çıxaraq siyasi görüş halına gələr. Belə olduğu halda, dünyəvilik anlayışı Anayasanın 10-cu maddəsindəki digər siyasi görüşlərlə eyni statusa malik olar, hətta bu halda o, (dünyəvilik) üstün ideologiya sayıla bilməz.
Anayasa Məhkəməsi tərəfindən qəbul edilən AK Partiyanın qapadılması barədəki iddianamənin əsas çatışmazlığı da dünyəviliyə düzgün tərifin verilməməsindən qaynaqlanır. Bir sözlə Anayasada olmayan, hüquqi tənzimləmə predmeti kimi qəbul edilməyən və dünyada analoqu hələ də tapılmayan bir anlayış xalqa və siyasi partiyalara zorla qəbul etdirilməkdədir. Bu çərçivədə məsələyə yanaşsaq, qapadılma davasının məqsədini görə bilərik. Məsələyə başqasının dünyəvilik anlayışından yanaşanda dünyada istənilən partiyanı qapatmaq olar.
Zənnimcə, qapatma davasında iki önəmli məqsəd güdülür. Birincisi, hörmətli baş naziri bu yolla siyasətdən kənarlaşdırmaq, ikincisi isə prezidentlə bağlı məsələni müzakirə mövzusuna çevirmək. İddianamədə prezidentlə bağlı məsələ qaldırılması heç də təsadüfi deyil. Bu, əslində qarşı tərəfin əsas hədəfidir. Prezidenti hüquqi baxımdan vəzifədən götürmək mümkün deyil. Amma ona siyasətlə məşğul olmağı qadağan etmək prezidenti oyundankənar hala salmaq anlamına gələcək. Belə bir vəziyyətdə isə növbəti seçimlərə 3 il yarım qalmasına baxmayaraq, qarşı tərəf oradakı çoxluğun işləməsinə imkan verməməyə cəhd edəcəkdir. Belə bir halda isə yenidən erkən seçimlər gündəmə gətirilə bilər.
Qısacası, qapatma davasının hüquqi əsasları olsa da, onun arxasında siyasi məqsədlərin dayandığı göz önündədir. Belə olduğu halda, məsələyə qısa və qəti cavab verilməlidir: Anayasa və “Siyasi partiyalar haqqında” qanuna əsasən, AK Partiyanın qapadıla bilməyəcəyi açıq şəkildə söylənilməlidir.
Anayasanın mahiyyəti onun dəyişdirilməsinə imkan verir.
Vəziyyətdən çıxış yolu var. Belə ki, siyasi partiyaların qapadılması ilə bağlı Anayasadakı maddələr dərhal dəyişdirilməlidir. Düzdür, bu dəyişikliklər vaxtında edilməli idi. Lakin belə dəyişikliklərin edilməsi indinin özündə belə, gec deyil. Dəyişikliklər üçün Anayasanın 69-cu maddəsinə 3 müddəa əlavə edilməlidir. Birincisi, partiya qapadılma davasının açılması çətinləşdirilməli və bunun üçün TBMM-dən razılıq alınmalıdır. İkincisi, hər hansı partiyanın qapadılması barədə məsələ ancaq onun terrorla və zorakılıqla əlaqəsi olması sübuta yetiriləndə qaldırılmalı və bu məhkəmə qərarı ilə həyata keçirilməlidir. Üçüncüsü, partiya qapadılması davası parlamentdə səs çoxluğu ilə həyata keçirilməlidir. Çünki səs çoxluğu dəqiqliyi ifadə edir. Hazırda Anayasanın 138-ci maddəsi davam edən məhkəmə proseslərinin TBMM-in müzakirəsinə çıxarılmasına imkan verməsə də, Anayasa dəyişikliyi də daxil olmaqla hüquqi tənzimləmələrə mane olmur.
Nəhayət, onu da xatırladaq ki, qapadılma davaları davam edərkən Anayasa dəyişiklikləri edilməsi təcrübəsi artıq mövcuddur. Məsələn, 2001-ci ildə Fəzilət Partiyasının, 2002-ci ildə isə AK Partiyanın qapadılması ilə bağlı dava davam edərkən Anayasa dəyişikliyinə əl atılmışdı. Əgər AK Partiya haqqında qapadılma davası açılmasaydı, onda Demokratik Toplum Partiyasının qapadılması ilə bağlı Anayasa dəyişikliyinə baş vurulacaqdı. Əgər desək ki, qapatma davası davam edərkən Anayasaya dəyişiklik etmək olmaz, onda Türkiyədə partiyaların qapadılması məsələsi daim gündəmdə olacağı üçün Anayasa heç vaxt dəyişdirilməyəcək. Vəziyyətdən digər çıxış yolu da növbədənkənar seçkilər barədə qərar verilməsidir. Növbədənkənar seçki ortaya çıxan problemlərin çözülməsi üçün önəmli addım ola bilər.
Partiyaların qapadılması məsələsində isə böyük və ya kiçik partiyalar arasında fərq qoymamaq lazımdır. Ancaq AK Partiya ilə bağlı bir məsələni də unutmaq olmaz. Belə ki, seçkilərdə xalqın səsinin əksəriyyətini alaraq parlamentdə çoxluğu əldə edən bir partiyanın qapadılması ortaya çoxlu sayda problemlər çıxara bilər. Sonda qeyd edək ki, mövcud qapatma davası çərçivəsində AK Partiyanı müdafiə etmək bu partiyanın tərəfdarı olmaq demək deyil, bu, həm də hüquqi dövlətin və demokratiyanın müdafiə edilməsi deməkdir.
Dos. Dr. Mustafa Şəntop -
Mərmərə Universitetinin müəllimi.

Category: Siyasət | Views: 843 | Added by: ferid55 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024