Səbəb Hindistanın BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qətnamənin əleyhinə səs verməsidir.
Azərbaycan BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qətnamənin əleyhinə səs verən Hindistana etirazını bildirib. Bu barədə ölkəmizin Hindistandakı səfiri Tamerlan Qarayev məlumat verib. Onun sözlərinə görə, etiraz nota şəklində bu ölkənin xarici işlər nazirliyinə təqdim olunub. T.Qarayev bildirib ki, indi rəsmi Bakı sənədə cavab gözləyir.
|