Avropa Birliyi Məhkəməsi 2002-ci il mayın 2-də qəbul olunmuş qərarı ləğv edib.Avropa Birliyi Məhkəməsi (Lüksemburq) PKK-nın AB-nin terror təşkilatları siyahısına salınması və bank hesablarının dondurulması barədə 2002-ci il mayın 2-də qəbul olunmuş qərarı ləğv edib. CNNtürk-ün məlumatına görə, məhkəmə bu qərarı PKK terror təşkilatının lideri Abdulla Öcalanın qardaşı Osman Öcalanın müraciəti əsasında verib. Məhkəmə 11 sentyabr hadisəsindən sonra PKK-nın terror təşkilatları siyahısına salınmasını AB qanunlarına zidd sayıb.
Qeyd edək ki, Osman Öcalanın qaldırdığı iddia 2005-ci il fevralın 15-də rədd edilmişdi və onun PKK-nı təmsil etmək səlahiyyətinin olmadığı deyilmişdi. Ancaq bu qərardan apellyasiya verildikdən sonra işə yenidən baxılıb və 2002-ci ildə qəbul olunmuş qərar AB qanunlarına zidd sayıldığı üçün ləğv edilib./ANS PRESS/