Bunu Rusiya Dövlət Dumasının vitse-spikeri deyib.
Rusiya Dövlət Dumasının vitse-spikeri, «Vahid Rusiya» franksiyasının üzvi Lyubov Sliska Rusiyanın Ermənistanla ittifaq dövləti yaratmasını vacib sayır.
Deputat regions.ru portalına verdiyi müsahibəsində deyib: «Avropa birləşir. Əgər bizdə Belarusla ittifaq dövləti yaratmaq ləngiyirsə, onda başqa istiqamətdə hərəkət etməliyik. Ermənistanla və ya bizi özünə dost sayan istənilən dövlətlə birləşməliyik»
|