Bərpa işlərinə bu ilin 2-ci yarısında başlamaq nəzərdə tutulub .
Şəkidə məhv olma təhlükəsi ilə üzləşən qədim tarixi memarlıq abidəsi olan Aşağı Karvansara kompleksi dövlət proqramına salınıb. Bu barədə məlumat ANS-ə Mədəniyyət və Turizm Nazirliyindən verilib. Proqrama əsasən, bu ilin 2-ci yarısında bu abidədə təmir-bərpa işlərinə başlamaq nəzərdə tutulub və hazırda bu istiqamətdə iş görülür. Qeyd edək ki, Aşağı Karvansara kompleksi 18-ci əsrin axırları, 19-cu əsrin əvvəllərində inşa edilib. Sahəsi 8 min kvadrat metr olan tarixi tikili 300 otaqdan ibarətdir və yerli mütəxəssislərin rəyinə görə, yaxın vaxtlarda abidənin divarlarında əsaslı bərkitmə işləri həyata keçirilməzsə, binanın bütövlükdə çökməsi təhlükəsi labüddür.
|