Kristina Oyuland: "Estoniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır".
«Estoniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini sadəcə müdafiə deyil, həm bu istiqamətdə öz yardımını təklif edir». Rəsmi Tallinin bu mövqeyini Estoniyanın vitse-spiker Kristina Oyuland çatdırıb.
Kristina Oyuland bildirib ki, rəsmi Tallin hazırda dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycana istənilən yardımı göstərməyə hazırdır: «Qeyd edim ki, Estoniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi Bakının 10 ildən artıqdır ki, üzləşdiyi işğal faktı ilə yaxından tanışdır. Estoniya bu səpkidə Azərbaycanın bir sıra beynəlxalq qurumlarda olduğu kimi Avropa Şurasında birgə təmsil olunan ölkə kimi mövqeyini daim müdafiə edir».
O, həmçinin qeyd edib ki, ümumiyyətlə rəsmi Tallin Azərbaycanla bir sıra sahələrdə o, cümlədən iqtisadi əməkdaşlığa maraqlıdır: «Estoniya ölkənizə informasiya texnologiyaları sahəsində investitsiya qoymaq üçün bir sıra rəsmi strukturlarla danışıqlar aparır».
|