15 il əvvəl aprelin 1-dən 2-nə keçən gecə 450 azərbaycanlı qətlə yetirilib, yüzlərlə kəlbəcərli isə itkin və əsir düşüb.
Bu gün Kəlbəcər rayonunun işğalından 15 il keçir. Düz 15 il əvvəl aprelin 1-dən 2-nə keçən gecə gərgin döyüşlərdən sonra Azərbaycan silahlı qüvvələri rayonu tamamilə boşaltmaq məcburiyyətində qalıblar.
Yalnız həmin gecə 450 azərbaycanlı qətlə yetirilib, yüzlərlə kəlbəcərli isə itkin və əsir düşüb. İndi Azərbaycanda 50 mindən çox kəlbəcərli məcburi köçkün yaşayır. Rayonun işğalı zamanı 130 yaşayış məntəqəsi, 500-dən çox sənaye, tikinti, kolxoz, sovxoz, ticarət, ictimai iaşə obyekti, 324 sosial mədəni obyekt dağıdılıb.
|