Paytaxt Buxarestdə keçiriləcək görüşdə Cənubi Qafqaz və Azərbaycana dair məsələlərə geniş yer veriləcək.
Sabah Rumıniyanın paytaxtı Buxarestdə NATO-nun növbəti zirvə görüşü işinə başlayır. Toplantıda Cənubi Qafqaz və Azərbaycana dair məsələlərə geniş yer veriləcək. Qurumun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib ki, NATO Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji infrastrukturunun müdafiəsində maraqlıdır və alyans region ölkələri ilə danışıqlar aparır. Simmons onu da qeyd edib ki, NATO-nu daha çox narahat edən məsələlərdən biri Xəzər dənizinin karbohidrogen ehtiyatlarını təhlükəsiz yolla Avropaya çatdırmaqdır. Həmin məsələ Bakıda keçirilmiş üçgünlük Rouz-Rout seminarının əsas müzakirə mövzusu olub.
|