Robert Koçaryan: «Dağlıq Qarabağın hər hansı statusla Azərbaycanın tərkibində qalması məsələsi ötən illər ərzində müzakirə olunmayıb»
Azərbaycanın Dağlıq Qarabağ məsələsini ATƏT formatından BMT çərçivəsinə keçirmək cəhdləri və millitarist bəyanatları Ermənistan və Dağlıq Qarabağı münaqişənin həlli və təhlükəsizlik məsələlərinə yanaşmada bəzi korrektələr etməyə vadar edir. Bunu Xankəndində jurnalistlərlə görüşündə Ermənistan prezidenti Robert Koçaryan deyib. Onun sözlərinə görə, Azərbaycanın barışmaz məntiqi hər iki erməni tərəfini müəyyən addımlar atmağa təhrik edir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışan Ermənistan prezidenti bəyan edib ki, Dağlıq Qarabağın hər hansı statusla Azərbaycanın tərkibində qalması məsələsi ötən illər ərzində müzakirə olunmayıb: «Nizamlanma prosesinin məzmunu Qarabağın öz müqəddəratını həll etmə hüququnun tanınmasından ibarətdir». Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması məsələsinə gəlincə, Robert Koçaryan bildirib ki, bunun əvəzində Ermənistan və Dağlıq Qarabağ arasında Azərbaycancan gələn təhlükənin zərərsizləşdirilməsi ilə bağlı saziş imzalanması mümkündür. /Redaktor/M.Xudaverdi
|