AFFA İcraiyyə Komitəsi alman məşqçi ilə iki illik müqavilə imzalanması barədə qərar qəbul edib.
Berti Foqts futbol üzrə Azərbaycan üığma komandasının baş məşqçisi təyin edilib. Bu barədə qərar AFFA İcraiyyət Komitəsinin martın 30-da keçirilən iclasında qəbul olunub.
AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, o, Berti Foqtsla müqavilə imzalanmasının tərəfdarı olub. AFFA prezidenti alman iəşqçinin adının indiyədək gizli saxlanılmasını Berti Foqtsun Nigeriya futbol federasiyası ilə müqaviləsinin olması ilə əsaslandırıb. Alman məşqçi şəxsi problemləri ilə əlaqədar Nigeriya yığmasını çalışdırmaqdan imtina edib.
Müzakirələrdən sonra səsvermə keçirilib və AFFA İcraiyyə Komitəsinin üzvləri yekdilliklə Azərbaycan üığmasının Berti Foqtsa etibar edilməsinə tərəfdar çıxıb. Beləliklə, alman məşqçi ilə iki illik müqavilənin imzalanması barədə qərar verilib. İlk müqavilə aprelin 3-də Münhendə, əsas müqavilə isə bundan beş gün sonra Bakıda imzalanacaq. /Redaktor/M.Xudaverdi
|