Tərəflər «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin inşası üçün konsorsium yaratmaq qərarına gəlib.
Rusiya, İran və Azərbaycan «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin inşası üçün konsorsium yaratmaq barədə razılığa gəlib. «RİA-Novosti» agentliyinin məlumatına görə, bu barədə memorandum martın 29-da Tehranda üç ölkə dəmir yolu qurumlarının rəhbərləri arasında imzalanıb. «Biz razılaşdıq Ki, birgə işçi qrupuna sənədlərin hazırlanması üçün bir ay vaxt veririk. Daha bir ay isə müqavilənin imzalanması məsələsinə baxmaq üçün ayırılıb. Bunu jurnalistlərə «Rusiya dəmir yolları» ASC-nin prezidenti Vldaimir Yakunin bildirib. Onun sözlərinə görə, «Şimal-Cənub» nəqliyyat dəhlizi layihəsinin reallaşması nəticəsində azı 20 milyon ton yük Helsinkidən Hind okeanına qədər daşına biləcək.
/Redaktor/M.Xudaverdi
|