Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 03.01MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 29 » “Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların kəsilməsi barədə bəyanatlar verməklə qorxuda bilməzlər”.
“Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların kəsilməsi barədə bəyanatlar verməklə qorxuda bilməzlər”.
23.41
“Azərbaycanı danışıqların kəsilməsi barədə bəyanatlarla qorxuda bilməzlər”
Eldar Sabiroğlu: "Azərbaycanın əraziləri işğal altındadır, onu azad etmək təcavüzə məruz qalan tərəf kimi bizim hüququmuzdur".

   

    Bu barədə Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın Azərbaycanla Ermənistan arasında danışıqların kəsilməsi ehtimalının artması barədə açıqlamasına münasibət bildirən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu APA-nın “Danışıqların kəsilməsi müharibə ehtimalını artıra bilərmi” sualına cavabında deyib ki, danışıqların kəsilməsi barədə Ermənistanın şantaj xarakterli bəyanatları vəziyyəti daha da çətinləşdirir: “Müharibə arzu olunan hadisə deyil. Bu yeni qırğınlar, yeni qanlar deməkdir. İşğalçı Ermənistan bunu anlamalıdır. Məhz onların günahı ucbatından bu günə qədər Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalır və regionu narahat edir. Ona görə də müharibə təhlükəsi münaqişə ilə bağlı hər hansı vəziyyətin yaranmasına baxmayaraq hər an real ola bilər”.

    Nazirlik sözçüsü deyib ki, Azərbaycanın əraziləri işğal altındadır, onu azad etmək təcavüzə məruz qalan tərəf kimi bizim hüququmuzdur: “Bunu bizə heç kim qadağan edə bilməz. Müharibəni yaxınlaşdıran amillər göz qabağındadır. Danışıqların kəsilməsi barədə Ermənistanın şantaj xarakterli bəyanatları vəziyyəti daha da çətinləşdirir. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi nəzərdən qaçırılmamalıdır. Çox təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” BMT Baş Assambleyasının qəbul etdiyi ədalətli qətnaməni şübhə altına almaqla münaqişənin həllini bir qədər də mürəkkəbləşdirdilər. Onlar tərəf olduqlarını açıqca meydana qoymaqla təcavüzkarı necə deyərlər, müdafiə etdilər. BMT Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, münaqişənin həlli yollarının Minsk Qrupunun həmsədr ölkələri vasitəsi ilə çözülməsi barədə qətnamə qəbul edib. Burada pis nə var ki? Əslində bu hər iki tərəfin, eyni zamanda bütün bəşəriyyətin maraqlarına cavab verir. Məhz bu yol müharibənin yenidən başlanmasının qarşısını almaq üçün ən təsirli və ən ədalətli yoldur. BMT-nin sülhsevər qətnaməsinin mahiyyəti də bundan ibarətdir. Əvəzində isə Minsk Qrupu həmsədri olan ölkələr adıçəkilən qətnaməni kənara qoydular və daha təhlükəli yolu seçdilər. Onlar dünyanın bir hissəsində müharibə ocağını söndürmək əvəzinə müharibə ocağının üzərinə su yox, benzin tökdülər. Necə ola bilər - sərf edən zaman BMT-nin sanksiyaları və qətnamələri kara gəlir, təsirli olur, amma Azərbaycanla bağlı məlum qətnamə əhəmiyyətsiz sayılır? Onların ədalət dedikləri budurmu? İkili standartın nə olduğu həmsədr ölkələrin simasında göründü. Bizi danışıqların kəsilməsi barədə bəyanatlarla qorxuda bilməzlər”.

    E. Sabiroğlu qeyd edib ki, Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq və nəyin gücünə olsa da, öz ərazi bütövlüyünü bərpa edəcək: “Azərbaycanın qüdrətli dövləti, yekdil xalqı, güclü ordusu bu taleyüklü arzumuzu reallaşdırmağa tam imkan verir. Bu yol uzaqda deyil”./Redaktor/M:Xudaverdi

Category: Azərbaycan | Views: 813 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024