«Bununla bağlı Novruz bayramından əvvəl borclu abonentlərə xəbərdarlıq edilib»
Sabahdan «Bakıelektrikşəbəkə» Səhmdar cəmiyyəti elektrik enerjisinin pulunu ödəməyən borclü abonentlərin işığını kəsəcək. Bu barədə «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətindən məlumat verilib. Cəmiyyətdən bildirilib ki, artıq bununla bağlı Novruz bayramından əvvəl borclu abonentlərə xəbərdarlıq edilib. Qeyd edək ki, paytaxtın 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin 625 minə yaxın abonenti var./Redaktor/M.Xudaverdi
|