Hər iki şəhərin meri layihəyə 100 min avro ayrılması barədə razılıq əldə ediblər
Tallin və Helsinki şəhərlərinin merləri iki ölkəni birləşdirəcək sualtı dəmiryol tunelin çəkilməsi haqqında razılıq əldə ediblər.
Edqar Savisaar və həmkarı Yussi Payunen layihənin işlənməsi və hər bir şəhərin layihənin işlənməsinə 100 min avro vəsaitin ayrılması haqqında müqavilə imzalayıblar. Layihənin həyata keçirilməsi üçün əlavə xərcləri maliyyələşdirmək üçün Avropa Şurasının rəhbərliyinə müraciət ediləcək.
Qeyd edək ki, Tallinlə Helsinki arasında məsafə 80 km-dir./Redaktor/M.Xudaverdi
|