İraq baş naziri döyüşçü dəstələrə qarşı yönəldilən əməliyyatlara rəhbərlik etmək üçün Bəsrədə qalıb.
Minlərlə şiə baş nazir Nuri əl-Malikini dəstəkləmək üçün Kərbəla küçələrinə axın edib. Yürüş iştirakçıları baş nazirin plakatlarını qaldırıblar və onu dəstəkləyən şüarlar səsləndiriblər.
Baş nazir Nuri əl-Maliki isə bir az öncə döyüşçülərə xəbərdarlıq edərək, cümə gününə qədər təslim olmağa çağırmış, əks təqdirdə onlar qarşı görülən tədbirlərin daha da sərtləşdiriləcəyini bildirmişdi. Ultimatuma baxmayaraq, İraqın hökumət qüvvələri Müqtəda əs-Sədrin rəhbərlik etdiyi Mehdi Ordusunun uzun müddət idarə etdiyi Bəsrə küçələrində hərəkət etməkdə çətinlik çəkib.
Nuri əl Maliki döyüşçü dəstələrə qarşı yönəldilən əməliyyatlara rəhbərlik etmək üçün Bəsrədə qalıb. O, əməliyyatların Əl-Sədr hərəkatını deyil, hökumətə qarşı çıxan silahlı dəstələri hədəfə aldığını və sona qələr geri çəkilməyəcəklərini deyib./Redaktor/M.Xudaverdi
|