Məhkəmənin hökmü ilə Çingiz İbadov şərti olaraq 8 il azadlıqdan məhrum edilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə səhhətində yaranmış problemlə əlaqədar “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nin perzidenti Hüseyn Arabul və digərlərinin cinayət işindən ayrılaraq ayrıca icraata götürülən şirkətin sabiq baş meneceri Çingiz İbadovun məhkəməsi başa çatıb. Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, hakim Əlovsət Abbasovun sədrlik etdiyi məhkəmənin hökmü ilə Ç. İbadov 8 il şərti (3 il sınaq) azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ç. İbadov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı cinayət işində təqsirləndirilərək 7 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib. Ç. İbadov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunub. /Redaktor/M.Xudaverdi
|