Buna hava limanında iki gündür davam edən xaos səbəb olub.
«British Airways» aviaşirkəti Hiltrou hava limanının bir müddət əvvəl fəaliyyətə başlayan beşinci terminalında bu günə nəzərdə tutulmuş 54 reysi təxirə salıb. Buna hava limanında iki gündür davam edən xaos səbəb olub. «British Airways» şirkətinin rəhbərliyi bildirib ki, hava limanı martın 31-dən fəaliyyəti normal davam etdirəcək.
Qeyd edək ki, martın 27-də fəaliyyətə başlayan terminalda 74 reys təxirə salınıb. İşə düşər-düşməz terminalın yük çeşidləmə sistemi sıradan çıxıb. Bununla da, terminalda xaos və böyük növbələr yaranıb.
Böyük Britaniyanın nəqliyyat naziri Stiven Hammond bildirib ki, bu hadisə aeroportun gələcək inkişafını şübhə altına qoyur. Onun sözlərinə görə, narazılıqların səbəbini araşdırmaq və bu halların təkrarlanmasına imkan verməmək lazımdır.
Hadisə ilə əlaqədar «British Airways» yeni terminalda çoxmilyonluq reklam kompaniyasından da imtina etməli olub. /Redaktor/M.Xudaverdi
|