Bunu ANS-ə sənaye və energetika naziri Natiq Əliyev deyib.
Azərbaycan Avropaya qaz nəqlinin bütün alternativ variantlarına müsbət yanaşır. Bunu ANS-ə Ukraynanın baş naziri Yuliya Timoşenkonun təklif etdiyi «Ağ axın» layihəsinə münasibət bildirərkən, sənaye və energetika naziri Natiq Əliyev deyib. Nazir bu təklifin yeni fikir olmadığını deyib. «Xəzərin o tayında olan ölkələrin qazının Xəzərin üzərindən gətirməklə Azərbaycandan Avropaya tranzit etmək yeni fikir deyil. Timoşenko sadəcə bunun adını «Ağ axın» qoyur»./Redaktor/M.Xudaverdi
|