İspaniya paytaxtı Çempionlar Liqasının finalını qazanmaq uğrunda mübarizədə İngiltərənin London, Almaniyanın Münhen və Berlin şəhərlərinə qalib gəlib.
Futbol üzrə UEFA Çempionlar Liqasının 2009-2010-cu illər mövsümünün finalı UEFA İcraiyyə Komitəsinin qərarı ilə İspaniyanın paytaxtı Madriddə keçiriləcək. Madridin 5 ulduzlu Santyaqo Bernabeu stadionu böyüklüyünə görə Barselonanın Nou Kampdan sonra İspaniyanın ikinci arenası sayılır.
85 minlik azarkeş tutumuna malik olan arena 1957, 1969 və 1980-ci illərdə Avropa çempionları Kubokunun final matçlarını qəbul edib. İspaniya paytaxtı Çempionlar Liqasının finalını qazanmaq uğrunda mübarizədə İngiltərənin London, Almaniyanın Münhen və Berlin şəhərlərinə qalib gəlib. /Redaktor/M.Xudaverdi
|