Nigar İbişova Cinayət Məcəlləsinin 105 və 162-ci maddələri ilə (qəsdən adam öldürmə və quldurluq) axtarışda imiş.
Gəncə Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Smolensk şəhər Daxili İşlər İdarəsi tərəfindən axtarışda olan Nigar İbişova saxlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, N.İbişova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 və 162-ci maddələri ilə (qəsdən adam öldürmə və quldurluq) axtarışda imiş./Redaktor/M.Xudaverdi
|