Novruz Məmmədovun fikrincə, Buxarest görüşünü təklif edən Ermənistan bunun üçün hansı əsaslar olduğunu izah etməli idi.
«Azərbaycan tərəfi həmişə danışıqlara hazırdır, amma bu danışıqların predmeti və konkret məqsədi olmalıdır». Bu barədə prezidentin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Ermənistanın NATO-nun Buxarest sammiti çərçivəsində tərəflər arasında görüş keçirilməsi təklifinə gəlincə isə, N.Məmmədov hesab edir ki, Ermənistan tərəfi bu görüş üçün hansı əsaslar olduğunu izah etməli idi.
Rəsmi Bakı hesab edir ki, belə görüşün keçirilməsi ilk növbədə Ermənistan prezidentinin daxili mövqeyinin möhkəmlənməsinə yönəlib. /Redaktor/M.Xudaverdi
|