Turun ilk oyun günündə dörd komanda qarşılaşacaq.
Bu gün Futbol üzrə Azərbaycan Primyer Liqasında 19-cu tura start veriləcək. Turun ilk oyun günü 4 matçla yadda qalacaq. Günün mərkəzi matçı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Burada çempionluğa iddialı Neftçi klubu “Bakı” komandasını yoxlamadan keçirəcək.
Şəfa stadionunda isə Primyer Liqanın lideri "Olimpik" "Standard"ı sınağa çəkəcək. Medallara iddialı "İnter" klubu "Simurq"un qonağı olacaq. “ABN-Bərdə” isə “Masallı” kollektivi ilə qarşılaşacaq. Turun ikinci oyun günündə 3 oyun keçirilcək. “Xəzər-Lənkəran” "Gənclər birliyi"ni qəbul edəcək. Tovuzun "Turan" klubu “Qarabağ”ın qonağı olacaq. Turun son oyunu Yevlaxda "Karvan"la “Qəbələ” arasında olacaq. /Redaktor/M.Xudaverdi
|