Ban Ki Mun göstərilən bütün səylərə baxmayaraq filmin nümayiş olunmasından təəssüfləndiyini bildirib.
BMT-nin baş katibi Ban Ki-Mun Hollandiyada İslam əleyhinə olan filmin internetdən nümayiş olunmasını pisləyib. Qurumun baş katibi "nifrət ehtiva edən çıxış, ya da zorakılığa təşviqin" əsla haqlı göstərilə bilməyəcəyini, bu filmin nümayiş olunmasının isə "ifadə azadlığı" ilə heç bir əlaqəsi olmadığını vurğulayib.
Mun "Azadlıq hər vaxt ictimai məsuliyyətlə birlikdə gəlməlidir!" deyib. Ban Ki Mun göstərilən bütün səylərə baxmayaraq filmin nümayiş olunmasından təəssüfləndiyini bildirib, buna görə hiddətlənən müsəlmanları sakit olmağa çağırıb./Redaktor/M.Xudaverdi
|