Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılıb.
Prezidenti İlham Əliyev bu gün Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhofu qəbul edib.
Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, ölkəmizdə idmanın bütün sahələrinin, o cümlədən kanoe idman növünün də inkişaf etdirildiyi qeyd olunub.
Mingəçevirdəki avarçəkmə təlim-məşq bazasının dünya standartlarına uyğun şəkildə yenidən qurulmasının əhəmiyyəti vurğulanıb, orada bir sıra beynəlxalq yarışların və təlim-məşq toplanışlarının keçirilməsi üçün yaxşı imkanların yaradılacağına əminlik ifadə olunub./Redaktor/M.Xudaverdi.
|