Prokurorluğun sözçüsü Vladimir Markin qatilin adını qeyd etməsə də, onun axtarışının hazırda davam etdiyini bildirib.
Rusiya müstəntiqləri 2006-cı ildə qətlə yetirilən jurnalist Anna Politkovskayanın qatilinin izinə düşdüklərini bildiriblər. Prokurorluğun sözçüsü Vladimir Markin qatilin adını qeyd etməsə də, onun axtarışının hazırda davam etdiyini bildirib. Yerli mətbuata əsasən, aralarında 1 FTB əməkdaşı olmaqla 9 nəfər Politkovskaya cinayətində şübhəli bilinir.
Xatırladaq ki, Politkovskvayanın Çeçenistanın mülki sakinlərinin təzyiqə məruz qaldığı barədə yazıları Kremli qəzəbləndirmişdi. Onun qətli isə Rusiya və Qərb dövlətləri arasında uçurumu artırmışdı.
Qeyd edək ki, Rusiyada 2000-ci ildən etibarən 15-ə yaxın jurnalist sifarişlə qətlə yetirilib. Onların əksəriyyəti korrupsiya faktlarını araşdırdıqları üçün qətlə yetirilib və qatillər əksər hallarda qeyri-müəyyən qalıb. /Elave eden(M.Xudaverdi)
|