Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması ilə bağlı saziş layihəsi razılaşdırılıb.
Qazaxıstan parlamenti prezident Nursultan Nazarbayevin Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması ilə bağlı təşəbbüsünün gerçəkləşməsi istiqamətində iş aparır. Türkdilli dövlətlərin, o cümlədən də Azərbaycan parlament aparatının rəhbəri Səfa Mirzəyevin Astanaya səfərində də əsas məqsəd budur. Artıq parlament nümayəndələri Qazaxıstandakı həmkarları ilə bir sıra görüşlər keçiriblər. Görüşlərin nəticəsində Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması ilə bağlı saziş layihəsi razılaşdırılıb. Layihə parlament rəhbərlərinin bu ilin yayına planlaşdırılan səfərləri zamanı müzakirəyə təqdim olunacaq.
Qazaxıstan parlamenti senatının mətbuat xidməti rəhbərinin müavini Vladimir Boykonun sözlərinə görə, türkdilli dövlətlərin dil, mədəniyyət, tarix və adət-ənənənə birliyindən danışan cənab Kopeyev qarşılıqlı əməkdaşlığın dərinləşməsinin zəruriliyni vurğulayıb. O həmçinin qeyd edib ki, parlamentlərarası əlaqələrin genişlənməsi türkdilli dövlətlərin xalqları arsında qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək edəcək. Qonaqlar parlament senatı aparatının rəhbəri Murat Nurtlerovun rəhbərliyi altında Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması ilə bağlı saziş layihəsinin hazırlanması istiqamətində birinci işçi görüşü də keçiriblər. İclas zamanı layihə geniş müzakrə olunub. Bununla bağlı iclasın sabah yekunlaşması gözlənilir. «İclasda hər hansı razılaşma olmayacaq. Sadəcə görüş iştirakçıları yekunla bağlı protokol imzalayacaqlar. Ümumilikdə Parlament Assambleyasının yaradılması ilə bağlı saziş hazırdır. O parlament rəhbərlərinin müzakirəsinə təqdim olunacaq», - deyə Vladamir Boyko bildirib.
O qeyd edib ki, artıq türkdilli dövlətlərin parlament rəhbrlərinin görüşünün ilkin tarixi də müəyyənləşib. Görüşən bu ilin yayında baş tutması planlaşdırılır./Elave eden(M.Xudaverdi)
|