Bu bəyanatla Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Timur Yakobaşvili çıxış edib.
Cənubi Osetiyada, Çxinvalinin mərkəzində baş vermiş partlayış NATO-nun Buxarest sammiti ərəfəsində Gürcüstana qarşı aparılan təxribat xarakterli təbliğatın bir hissəsidir. Bu bəyanatla Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Timur Yakobaşvili çıxış edib. «Çox şübhəlidir ki, terror aktlarının aktivləşməsi NATO-nun yaxınlaşan sammiti ərəfəsinə təsadüf edir və aydın görürük ki, bizi hərbi hərəkətlərə sövq edirlər. Biz heç bir hərbi əməliyyatlara başlamaq niyyətində deyilik və heç bir təxribata uymayacağıq», - deyə Timur Yakobaşvili bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Çxinvalidə separatçı rejimin baş prokuroruna məxsus UAZ markalı avtomaşının partladılması nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə ağır yaralanıb. Cənubi Osetiya rəhbərliyi hadisəni terror aktı kimi qiymətləndirərək partlayışda Gürcüstan tərəfinin əli olduğunu iddia edib.
Rusiyanın Xarici İşlər Nazirliyi də hadisənin baş verməsində Gürcüstanın güc strukturlarını günahlandırıb. Xatırladaq ki, Cənubi Osetiyada son dəfə ölümlə nəticələnən partlayış fevralın sonlarında baş vermişdi. Həmin vaxt 2 nəfər həlak olmuş, 17 nəfər isə yaralanmışdı.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Gürcüstanın NATO-ya üzv olmaq cəhdləri Abxaziya və Cənubi Osetiya münaqişələrini NATO-nun köiməyi ilə güc yolu ilə həll etmək niyyətindən irəli gəlirsə, bu, çox təhlükəli oyundur..
Rusiyanın bu bəyanatları fonunda Gürcüstanın NATO-ya üzvlüyünün təxirə salınması Rusiyaya bölgədə münaqişələrin daha da gərginləşdirməsinə imkan verəcək.
NATO-nun baş katibi Yap De Xoop Sxeffer aprelin əvvəllərində NATO-nun növbəti illik sammitində Rusiyanın konstruktiv mövqe nümayiş etdirəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, sammit ərəfəsində ABŞ-ın Ukrayna və Gürcüstanın alyansa üzvlüyünün sürətləndirilməsi ilə bağlı təkidinə görə Rusiya ilə NATO arasındakı ziddiyyətlər artıb. Martın 19-da NATO-nun 10 üzvü baş katibin adına kollektiv müraciət edib və bildirilib ki, Ukrayna və Gürcüstana alyansa üzvlük üçün fəaliyyət planını verilməsi məsələsinə baxsın.Elave eden(M.Xudaverdi)
|